Ukrayna ilə bağlı razılaşma uğursuz olarsa, çoxları ağır bədəl ödəyəcək.
Xeberdar.net məlumat verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistin “Ukraynaya Rusiyanı məğlub etmək üçün niyə imkanlar verilmədiyi” barədə sualına cavabında bildirib.
"Mən düşünmürəm ki, siz bunu bilirsiniz. Bu, təsəvvür etdiyinizdən daha mürəkkəbdir. Bu, sadəcə olaraq, asan səslənir. Biz razılıq əldə etməyə çalışırıq. Əgər müqavilə bağlasaq, əladır. Razılaşma olmasa, bir çox insan böyük bədəl ödəyəcək", - Tramp bəyan edib.