Türkiyədə qayıq batdı: 14 ölü

26 Dünən, 16:32 dunya

Türkiyədə qayıq batdı: 14 ölüEgey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

Xeberdar.net məlumat verir ki, bu barədə xəbəri Türkiyə mediası yayıb.

Bildirilib ki, hadisə nəticəsində 14 nəfər ölüb.

Ərazidəki axtarış-xilasetmə işlərinə 4 Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.

Məlumata görə, 2 nəfər xidmət əməkdaşları tərəfindən xilas edilib. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri isə davam edir.