“Çin bizim qələbəmizdə və Rusiyanın məğlubiyyətində maraqlı deyil”
“Çin Ukraynaya kömək etməkdə maraqlı deyil. Pekin Rusiyanın da məğlub olmasını istəmir”. Xeberdar.net məlumat verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski dövlət başçısının ofisinin “YouTube” kanalında yayımlanan mətbuat konfransında bildirib.
Dövlət başçısı deyib: “Çin lideri Si Cinpin mənə silah satmayacağını dedi. Bir şeyi bilirəm: Çin Rusiyaya kömək edir. Çin Ukraynaya kömək etmir. Çin bizim qələbəmizdə və Rusiyanın məğlubiyyətində maraqlı deyil".
Bir gün əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərməyin Ukraynadakı münaqişənin həllinə gətirib çıxarmayacağını bildirib. Diplomatın sözlərinə görə, məcburiyyət və təzyiq problemi həll etməkdə acizdir.