Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində 972 milyon dollar dəyərində 1,3 milyon ton neft məhsulu idxal edib. Bunun 95,2 min tonunu (66 milyon dollar) Azərbaycandan alıb.
Xeberdar.net məlumat verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib. Qeyd olunub ki, ümumi idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb, həcmi isə 10 faiz artıb. Artımın əsas səbəbi qlobal bazarda yanacaq qiymətlərinin ilin birinci yarısında əhəmiyyətli dərəcədə ucuzlaşması olub.
Gürcüstan üçün əsas tədarükçü ölkə bu il də Rusiyadır. Bu ölkədən 387 milyon dollar dəyərində, 554,6 min ton yanacaq idxal olunub. Lakin Rusiyadan gətirilən yanacağın dəyəri ötən illə müqayisədə 3,4 faiz azalıb.
İkinci yerdə Rumıniya qərarlaşıb. Gürcüstan bu ölkədən 183 milyon dollar dəyərində, 242,4 min ton yanacaq alıb ki, bu da 68 faiz artım deməkdir. Bolqarıstandan idxal 13 faiz, Türkiyədən 27 faiz artıb.
Azərbaycandan gətirilən yanacağın həcmi isə 13 faiz azalıb