Vyetnamda daşqınlar 28 nəfərin həyatına son qoydu

24 Bu gün, 11:49 dunya

Vyetnamda daşqınlar 28 nəfərin həyatına son qoyduVyetnamın mərkəzi hissəsində qeydə alınan leysan yağışları və daşqınlar nəticəsində azı 28 nəfər ölüb, daha altı nəfər itkin düşüb.

Xeberdar.net bildirir ki, bu barədə Vyetnam Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi məlumat yayıb.
Məlumata görə, zamanı minlərlə insan sel və torpaq sürüşməsi nəticəsində su basmış, dağılmış evlərini tərk etmək məcburiyyətində qalıb.

245 mindən çox sakinin işıqsız qaldığı vurğulanır.

Oktyabrın 25-dən başlayan güclü yağışların noyabrın 4-dək davam edəcəyi proqnozlaşdırılır.