Meksikanın şimal-qərbində yerləşən Hermosillo şəhərində mağazada baş verən yanğın nəticəsində dördü uşaq olmaqla azı 22 nəfər ölüb.
Metbuat.az "El Universal"a istinadən xəbər verir ki, daha 12 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Yanğının partlayış nəticəsində baş verdiyi bildirilir.