ABŞ hava məkanı bağlana bilər – XƏBƏRDARLIQ

19 Bu gün, 12:24 dunya

ABŞ hava məkanı bağlana bilər – XƏBƏRDARLIQNazir: “Təhlükəsizlik riski yaranarsa, bütün hava məkanı bağlanacaq”

ABŞ-da təhlükəsizlik riski səbəbindən ölkənin hava məkanı tamamilə bağlana bilər. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Şon Daffi CNBC-yə verdiyi müsahibədə deyib.

O bağlanmanın müəyyən risk elementi daşıdığını və ABŞ hakimiyyətinin zəruri hallarda uçuşları yerə endirməyə hazır olduğunu vurğulayıb.

Daffinin sözlərinə görə, təhlükəsizlik riski yaranarsa, bütün hava məkanı bağlanacaq. "İnsanların səyahət etməsinə icazə verməyəcəyik. Hələ ki, o mərhələyə çatmamışıq; sadəcə əhəmiyyətli gecikmələr yaşayırıq", - deyə nazir qeyd edib.