Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 75 PUA vurub.
Xeberdar.net məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Məlumata görə, Volqoqradda 49, Krımda 7, Voronejdə 6, Rostovda 4, Belqorodda 3, Orlovda 2, Moskva, Kursk, Lipetsk və Tambov vilayətlərində isə hər birində 1 PUA zərərsizləşdirilib.