Türkiyədə faciə: dağıntılar altında qalanlar var - YENİLƏNİB

12 Bu gün, 10:33 hadise / dunya

Türkiyədə faciə: dağıntılar altında qalanlar var - YENİLƏNİBTürkiyənin Beşiktaş ərazisində metro tikintisi zamanı çökmə baş verib. Hadisə mənfi 6-cı mərtəbədə betonlama zamanı hələ məlum olmayan səbəbdən baş verib.

Xeberdar.net Milli.Az-a istinadən məlumat verir ki, hadisə zamanı ümumilikdə 5 işçi uçqun altında qalıb. Onlardan 3-ü xəstəxanaya çatdırılıb. Təəssüf ki, işçilərdən biri bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Qalan 2 işçi isə müalicə altındadır.

Hadisənin səbəbləri hələ araşdırılır və tikinti şirkəti tərəfindən məsuliyyət daşıyanlar barədə əlavə açıqlama gözlənilir.

XƏBƏR LENTİ