Öskürək siropu faciəsi:Hindistanda 24 uşaq həyatını itirdi

42 22-11-2025, 20:18 dunya

Öskürək  siropu faciəsi:Hindistanda 24 uşaq həyatını itirdiHindistanda son aylarda ən azı 24 uşaq öskürək siropundan ölüb.

Xeberdar.net məlumat verir ki, bu barədə "Reuters" mənbələrə istinadən xəbər yayıb.

Hindistanın Tamil Nadu ştatında sağlamlıq və dərman təhlükəsizliyinə cavabdeh olan üç şəxs agentliyə bildiriblər ki, "Coldrif" adlı öskürək siropunun istehsalında istifadə olunan həlledicinin zəhərli kimyəvi maddə ilə çirklənməsi ehtimal olunur.

Həmin vaxt "Sresan Pharmaceutical Manufacturer" şirkəti yerli kimya distribyutoru "Sunrise Biotech"dən 50 kiloqram propilenqlikol (PG) həlledicisi alıb. Elə həmin gün bu məhsul kiçik kimya istehsalçısı olan "Jinkushal Aromadan" da əldə edilib. Şirkət əsasən maye yuyucu vasitələr üçün ətir və digər kimyəvi maddələr istehsal edir.

Hindistan hakimiyyəti araşdırmaya başlayıb. "Coldrif" siropunun tanınmış sənaye toksini, dietilen qlikol (DEG) ilə güclü şəkildə çirkləndiyi vurğulanır.

Hazırda hüquq-mühafizə orqanları bu maddənin həllediciyə necə daxil olduğunu araşdırır.

XƏBƏR LENTİ