Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 75 PUA vurub.
Xeberdar.net məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Məlumata görə, Qara dəniz üzərində 36, Krımda 10, Bryanskda 9, Voronejdə 7, Krasnodarda 4, Smolenskdə 3, Moskva və Belqorodda 2, Kaluqa və Ryazanda isə 1 PUA zərərsizləşdirilib.