Bu gün saat 09 radələrində paytaxtın Nərimanov rayonunda partlayış baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsindəki plazalardan birində qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN-in xilasediciləri cəlb edilib.