Bakıda binada partlayış: Video

54 30-11-2025, 12:29 cemiyyet / hadise

Bakıda binada partlayış: VideoBakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış olub. Bu barədə xəbər Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

Nazirlikdən Xeberdar.net-ə verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. İlkin məlumata görə, beşmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində yanğın müşahidə olunmadan partlayış baş verib.

Partlayış dalğası nəticəsində 40 kvadratmetr sahəsi olan birotaqlı mənzilin mətbəx pəncərəsi çərçivədən çıxıb, tavan lambir örtüyü isə sıradan çıxıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

FHN-in əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülüb, aidiyyəti qurumlar tərəfindən hadisə ilə bağlı araşdırmalar aparılır.

XƏBƏR LENTİ