Laçının azad edilməsinin 5-ci ildönümüdür

33 Dünən, 09:57 cemiyyet

Laçının azad edilməsinin 5-ci ildönümüdür Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rayonun düşmən tapdağından qurtulmasının üstündən beş il keçib.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.

Laçın 1992-ci il mayın 18-də Birinci Qarabağ müharibəsi zamanı işğal edilmişdi. Onun azadlığına aparan yol isə 2020-ci ilin payızında – 44 günlük Vətən müharibəsində başladı. Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu cəmi 44 gün ərzində:

5 şəhər,

4 qəsəbə,

286 kəndi
işğaldan azad etdi və qələbə qazandı.


Şuşa şəhəri və Laçının 3 kəndi də məhz həmin dövrdə düşməndən təmizləndi, bir çox strateji yüksəkliklər azad edildi və Azərbaycan Ordusunun şanlı qələbəsi ilə müharibə başa çatdı.

2023-cü il 31 iyul tarixli sərəncamla Laçın Şəhəri Günü – hər il 26 avqustda qeyd olunur.


---

Laçın haqqında qısa məlumat

Laçın rayonu – Azərbaycanın füsunkar guşələrindən biri olub Kiçik Qafqazda yerləşir.

Ərazisi: 1 835 km²

Yaylaq sahəsi: 72 min hektar

Meşə ərazisi: 34 min hektar

Yerləşməsi: Bakıdan 450 km məsafədə

İnzibati bölgüsü: 1 şəhər, 1 qəsəbə, 125 kənd

Ən yüksək zirvə: Qızılboğaz – 3 594 metr


Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır; həmin çay Araz çayına qovuşur.

XƏBƏR LENTİ