Cəlilabadda həkimin vurduğu iynədən öldüyü deyilən körpə XƏSTƏXANAYA aparılmayıbmış - TƏFƏRRÜAT

33 Dünən, 14:37 cemiyyet

Cəlilabadda həkimin vurduğu iynədən öldüyü deyilən körpə XƏSTƏXANAYA aparılmayıbmış - TƏFƏRRÜATCəlilabadda həkimin vurduğu iynədən halının pisləşdiyi və daha sonra vəfat etdiyi deyilən körpənin ölüm hadisəsi ilə bağlı təfərrüat məlum olub.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, 6 aylıq körpənin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət qeydə alınmayıb:

"Aparılan araşdırmanın nəticəsində müəyyən edilib ki, təxminən 4 ay əvvəl, gecə saatlarında körpənin valideynləri azyaşlını xəstəxananın həkim-pediatrının evinə gətirib, həkim onu müayinə edərək, yalnız ilkin tibbi yardım göstərib.

Daha sonra həkimin körpə ilə hər hansı təması olmayıb, müayinə və inyeksiya edilməsi həyata keçirilməyib".

Xatırladaq ki, ötən gün yayılan xəbərlərə görə, Cəlilabad şəhəri, Səttarxan küçəsinin sakini, Amiq Mirzəyev 6 aylıq uşağının səhhətində problem yarandığı üçün onu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparıb. Uşağı müayinə edən həkim ona iynə vurub. Valideyn bildirib ki, iynədən sonra körpənin vəziyyəti ağırlaşıb və o, paytaxtdakı xəstəxanalardan birinə təxliyə edilib.

XƏBƏR LENTİ