Polşada helikopter qəzaya uğrayıb

8 Bu gün, 11:35 dunya

Polşada helikopter qəzaya uğrayıbQəza nəticəsində iki qardaş həlak olub

Polşada Jeşuv yaxınlığındakı Tserpiş kəndində dörd yerlik “Robinson R44” helikopteri qəzaya uğrayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, iki nəfərin ölümü ilə nəticələnən hadisə ilə bağlı prokurorluq istintaqa başlayıb.

Bildirilib ki, qəza nəticəsində iki qardaş — 41 yaşlı Mariuş S. və 44 yaşlı Kşiştof S. həlak olub.

Jeşuv rayon prokurorunun müavini Katajina Drupkanın sözlərinə görə, istintaqın əsas versiyalarından biri son dərəcə çətin hava şəraitidir. Qəza baş verən zaman sıx duman görmə məsafəsini məhdudlaşdırıb. Mümkün səbəblər arasında rütubətin mühərrikə təsiri və ya pilotun oriyentasiyanı itirməsi də nəzərdən keçirilir.

XƏBƏR LENTİ