Xəzərdə balıq böhranı: Türkiyədən elm adamları işə qoşuldu

10 Bu gün, 10:07 cemiyyet

Xəzərdə balıq böhranı: Türkiyədən elm adamları işə qoşulduBu il həm Xəzər dənizində, həm də daxili sularda ehtiyatların qiymətləndirilməsi işini elmi əsaslarla aparmağa çalışmışıq. Bu sahədə Türkiyədən olan elm adamları, eyni zamanda Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşları ilə birgə qiymətləndirmələr aparılıb.

Xeberdar.net məlumat verir ki, bu sözləri Baku.ws-yə açıqlamasında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev deyib.

Onun sözlərinə görə, həmin qiymətləndirmələr əsasında gələcək illərin ehtiyatlarının bərpası üçün balıq buraxılışlarının sayı müəyyənləşdirilib:

“Eyni zamanda kvota hədləri də müəyyən olunub. Bu proses zamanı bəzi vacib məqamlar üzə çıxdı. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alındı. Eyni zamanda bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması üzə çıxdı.

Mərhələli şəkildə ehtiyatların bərpası üçün, xüsusən daxili sularda Kür-Araz və ona bağlı digər dağ çaylarında çəkikimlərin bərpası üçün növbəti illərdə proqram hazırlanacaq. Eyni zamanda, mərkəzin tabeliyindəki təsərrüfatlar da bu istiqamətdə öz işini görəcək”.

XƏBƏR LENTİ