ABŞ daha 55 iranlını deport etdi

75 8-12-2025, 11:31 dunya

ABŞ daha 55 iranlını deport etdiABŞ hökuməti bu ölkədə olan daha 55 iranlını geri qaytarıb.

Xeberdar.net məlumat verir ki, bu haqda İran Xarici İşlər Nazirliyinin Baş Konsulluq direktoru Müctəba Şəsti Kərimi bildirib.

O, “iranlıların deportasiyasını qeyri-insani hərəkət” adlandırıb.

Bundan əvvəl isə CNN telekanalı ABŞ-dan deportasiya edilən ikinci iranlı qrupun dekabrın 7-də Qətər üzərindən uçuşla İrana yola salındığını bildirmişdi.

Qeyd edək ki, Donald Tramp administrasiyasının ABŞ-dan deportasiya etdiyi ilk iranlı immiqrant qrupu bu ilin avqust ayının 23-də İrana çatıb.

XƏBƏR LENTİ