274 nəfər itkin düşmüş hesab olunur: 5 min insan xəsarət alıb
İndoneziyanın Sumatra adasında güclü daşqın və torpaq sürüşməsi nəticəsində azı 950 nəfər ölüb, daha 274 nəfər itkin düşmüş hesab olunur.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təbii fəlakət nəticəsində 5 minə yaxın insan xəsarət alıb.
Daha əvvəl ölənlərin sayının 900 nəfəri keçdiyi bildirilirdi.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyindən bildirilib ki, fəlakətə noyabrın sonundan bəri bölgəyə yağan güclü yağışlar səbəb olub. Sel yaşayış binalarına, yollara və infrastruktura ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına mane olub.