Ordubadda qarın hündürlüyü 9 sm-i keçidi

112 8-12-2025, 14:14 cemiyyet

Ordubadda qarın hündürlüyü 9 sm-i keçidiNaxçıvanda qeyri-sabit hava şəraiti davam edir.

Xeberdar.net məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi xəbər yayıb.

Qeyd olunur ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Dekabrın 7-si və 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 9, Küküdə (Şahbuz) 20, Biçənəkdə (Şahbuz) 7, Şərurda 12, Axurada (Şərur) 7, Ordubadda 7, Parağaçayda (Ordubad) 17, Culfada 4, Kəngərlidə 11, Sədərəkdə isə 18 mm olub.

Ordubadın yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 9 sm-i keçib.

XƏBƏR LENTİ