Moskvanın iki aeroportunda uçuşlar dayandırılıb

145 15-12-2025, 11:47 dunya

Moskvanın iki aeroportunda uçuşlar dayandırılıbRusiya paytaxtı Moskvanın iki hava limanı - “Domodedovo” və “Jukovski” hava limanında təyyarələrin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın nümayəndəsi Artyom Korenyako “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, məhdudiyyətlər təyyarələrin uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunub.

Bundan əvvəl dekabrın 14-də də Domodedovo və Jukovski aeroportlarında uçuşlar müvəqqəti dayandırılmışdı.

XƏBƏR LENTİ