Azərbaycanlılar üçün ABŞ yolu bağlanır: “green card” lotereyası DAYANDIRILDI

508 20-12-2025, 11:14 dunya

Azərbaycanlılar üçün ABŞ yolu bağlanır: “green card” lotereyası DAYANDIRILDIABŞ-də Diversity Visa (DV) Proqramı kimi tanınan və ictimaiyyətdə “Green Card” püşkatması adı ilə bilinən DV-1 proqramı ilə bağlı mühüm qərar qəbul edilib.

Referans Media xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noemin göstərişi ilə proqramın icrasının müvəqqəti olaraq dayandırıldığı açıqlanıb. Qərar 19 dekabr 2025-ci il tarixində elan edilib və proqramın dayandırılması rəsmi şəkildə təsdiqlənib.

Məlumata görə, Kristi Noem DV-1 Green Card püşkatmasının icrasının dayandırılması barədə sərəncam imzalayıb və müvafiq qurum olan ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinə (USCIS) proqram üzrə bütün prosedurların müvəqqəti olaraq dayandırılması barədə tapşırıq verib.

DV proqramı indiyədək hər il təxminən 50 min nəfərə müxtəlif ölkələrdən püşkatma yolu ilə daimi yaşayış icazəsi (Green Card) əldə etmək imkanı yaradırdı. Lakin 19 dekabr 2025-ci ildə verilən açıqlamada bildirilib ki, proqram dayandırılıb və hazırkı mərhələdə mövcud müraciətlər və proseslər icra olunmayacaq.

Proses necə inkişaf edib?

Qeyd edək ki, DV-2025 proqram dövrü plan üzrə 30 sentyabr 2025-ci ildə başa çatıb və bundan sonra yeni seçim mərhələsi üçün qeydiyyatın başlanması ilə bağlı rəsmi elan verilməyib. Eyni zamanda DV-2027 dövrü üçün nəzərdə tutulan qeydiyyat tarixləri də hələlik rəsmi qurumlar tərəfindən açıqlanmayıb.

Mütəxəssislər proqramın dayandırılmasının mümkün səbəbləri sırasında immiqrasiya siyasətində dəyişikliklər, təhlükəsizlik qiymətləndirmələri və ya sistemlə bağlı islahatları göstərsələr də, qərarın rəsmi əsaslandırması hələlik açıqlanmayıb.

XƏBƏR LENTİ