Tanzaniyada helikopter qəzası: 5 nəfər öldü

356 25-12-2025, 14:19 dunya

Tanzaniyada helikopter qəzası: 5 nəfər öldüTanzaniyada Kilimancaro dağında helikopter qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Məlumata görə, helikopter dağda tibbi yardıma ehtiyacı olan turistləri təxliyə etmək üçün göndərilib.

Qəza zamanı göyərtədə tibbi yardıma ehtiyacı olan iki xarici vətəndaş, həkim, bələdçi və pilot olub. Onların hamısı ölüb.

Bildirilib ki, helikopter 4 min metr hündürlükdə Barafu və Kibo düşərgələri arasındakı əraziyə düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ