Əhaliyə müraciət: Havanın dəyişkənliyi ilə bağlı təhlükəsizlik qaydaları

266 28-12-2025, 14:30 cemiyyet

Əhaliyə müraciət: Havanın dəyişkənliyi ilə bağlı təhlükəsizlik qaydaları“Qaydaları unutmaq həyatımıza təhlükə yarada bilər!”

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkədə müşahidə olunan soyuq və şaxtalı hava şəraiti ilə bağlı əhaliyə vacib tövsiyələr verib. Xeberdar.net məlumat verir ki, bu barədə Nazirlikdən xəbər daxil olub.
Bildirilib ki, xüsusilə dağlıq bölgələrdə yaşayan və ya dağlara səfər edən vətəndaşlar mümkün qədər evdən çıxmamalıdır. Zərurət yarandıqda, hərəkət istiqamətini yaxınlarınıza əvvəlcədən bildirin.
Avtomobillə səyahət edənlərə tövsiyə olunur ki, avtomobilin texniki vəziyyətini yoxlasın və yanacaq ehtiyatını təmin etsinlər. Qar uçqunu riski olan ərazilərdən, dik yamaclardan uzaq durmaq və gün işığı bitməmiş geri dönmək vacibdir.
Soyuq hava qaz və elektrik qızdırıcılarının istifadəsini artırır. Bu səbəbdən yanğın təhlükəsizliyinə ciddi riayət edilməlidir: nasaz və ya özbaşına hazırlanmış qızdırıcı cihazlardan istifadə etməyin, elektrik sistemini həddindən artıq yükləməyin və işləyən cihazları nəzarətsiz qoymayın.
FHN xəbərdarlığını yekunlaşdıraraq bildirir:
“Qaydaları unutmaq həyatımıza təhlükə yarada bilər! Hər hansı fövqəladə vəziyyət zamanı 112-yə zəng edin.”

XƏBƏR LENTİ