İstanbul hava limanında 54 uçuş təxirə salınıb

191 12-01-2026, 10:34 dunya

İstanbul hava limanında 54 uçuş təxirə salınıbGüclü qar səbəbindən İstanbulda təhsil müəssisələrində dərslərə birgünlük fasilə verilib

Yanvarın 12-nə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İstanbul hava limanında nəzərdə tutulan 54 uçuş (qalxış və eniş) təxirə salınıb. Xeberdar.net məlumat verir ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media müşaviri Yahya Üstün bildirib.

Qeyd edib ki, qərar Türkiyənin Meteoroloji Fövqəladə Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib. Uçuşlarla bağlı ən son məlumatlar THY-nin rəsmi səhifəsində yayımlanır.

Qeyd edək ki, gözlənilən güclü qar səbəbindən İstanbulda təhsil müəssisələrində dərslərə birgünlük fasilə verilib.

XƏBƏR LENTİ