Ərdoğan Trampla danışdı

11 Bu gün, 13:09 dunya

Ərdoğan Trampla danışdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi xəbər yayıb.

“Telefon danışığı zamanı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.

Ərdoğan Suriyanın birliyinin və ərazi bütövlüyünün vacibliyini və Türkiyənin oradakı hadisələri yaxından izlədiyini qeyd edib. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı İŞİD məhbuslarının vəziyyəti haqqında danışıb.

Onlar Qəzzada sülhün bərqərar olması səylərini də müzakirə edib. Ərdoğan Türkiyənin ABŞ ilə koordinasiyalı şəkildə işləməyə hazır olduğunu bir daha təsdiqləyib və Qəzza Sülh Şurasına dəvətə görə Prezident Trampa təşəkkür edib”, - məlumatda bildirilib.

XƏBƏR LENTİ