İran xüsusi qərargah elan etdi

13 Bu gün, 10:54 dunya

İran xüsusi qərargah elan etdiİran hökuməti yanvar ayında ölkədə baş verən hadisələrin səbəblərinin araşdırılması məqsədilə xüsusi qərargahın yaradıldığını elan edib. Qərar Prezident Məsud Pezeşkianın göstərişi ilə qəbul olunub.
Xeberdar.net-in Tasnim agentliyinə istinadən yaydığı məlumata görə, araşdırma qurumu Prezidentin birinci müavini Dr. Məhəmməd Rza Arifin rəhbərliyi altında fəaliyyət göstərəcək. Qərargahın tərkibinə hökumət üzvləri ilə yanaşı, müxtəlif dövlət qurumlarını təmsil edən məsul şəxslər də daxil edilib.
Açıqlamada bildirilib ki, qurumun əsas məqsədi hadisələrə səbəb olan amillərin araşdırılması, idarəetmə və təhlükəsizlik mexanizmlərində mövcud problemlərin müəyyən edilməsi və bu cür halların təkrarlanmasının qarşısının alınması üçün müvafiq tədbirlərin hazırlanmasıdır.
Araşdırmanın yekunları üzrə hazırlanacaq hesabatın dövlət başçısına təqdim ediləcəyi vurğulanıb.

XƏBƏR LENTİ