Çin müharibə başlayandan sonra İsraildə yeni investisiyalara qadağa qoyub və ölkəni “yüksək riskli” zona kimi təsnif edib.
Bu barədə “Ynet” nəşri məlumat yayıb.
“Məhdudiyyət Çin investisiya fondlarından birinin məhkəmə sənədlərində təsdiqlənib. Fond bildirib ki, hökumətin göstərişlərinə əsasən, yeni investisiya sövdələşmələrini həyata keçirə bilmir”, - məlumatda bildirilib.