Tayvanda güclü zəlzələ oldu

12 Bu gün, 11:15 dunya

Tayvanda güclü zəlzələ olduTayvanda 5.3 bal gücündə zəlzələ baş verib.

Xeberdar.net məlumat verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla səhər saat 6:27-də (Bakı vaxtı ilə saat 2:27) qeydə alınıb.

Yeraltı təkanların episentri 31 min əhalisi olan Hençun şəhərindən 180 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə heç bir məlumat verilməyib.