Avropa aviaşirkətlərinə İranın hava məkanından istifadə etməmək barədə yeni xəbərdarlıq edib.
Xeberdar.net məlumat verir ki, bu barədə Avropa Birliyinin aviasiya təhlükəsizliyinə nəzarət orqanının (European Union Aviation Safety Agency - EASA) yaydığı açıqlamada deyilir.
Qurum bildirib ki, bu tövsiyə əvvəlki təhlükəsizlik xəbərdarlığının davamıdır və 31 mart tarixinə qədər qüvvədə olacaq.
EASA qeyd edib ki, bölgədə geniş çeşiddə silahların və hava hücumundan müdafiə sistemlərinin mövcudluğu, eləcə də hökumətin mümkün gözlənilməz reaksiyaları bütün yüksəkliklərdə mülki uçuşlar üçün ciddi risk yaradır.