Putini Kiyevə dəvət edə bilərəm, amma... - Zelenski

10 Bu gün, 10:24 dunya

Putini Kiyevə dəvət edə bilərəm, amma... - ZelenskiPutini Kiyevə dəvət edə bilərəm, amma bunun mənası nədir? Mən onunla oyun oynamıram. Görüşə və danışıqlara hazıram, lakin neytral platformada.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Skay Nyus"a müsahibəsində deyib.

“Hətta mütləq neytral da olmaya bilər, amma Rusiya və Belarusda yox. Çünki onlar bu müharibədə müttəfiqdirlər. Belarus passiv aqressordur. Bizə Belarus ərazisindən hücum edilib”, - Zelenski əlavə edib.

XƏBƏR LENTİ