fevralın 28-də öldürülən ali lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı da vəfat edib.
Mənsurə Xocəstə Bağırzadə ABŞ və İsrail aviasiyasının Tehrana endirdiyi zərbələr zamanı aldığı ağır xəsarətlər səbəbindən ölüb.
Bu barədə TASS agentliyi İranın Al Alam telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, həkimlər son hücumlar zamanı ağır xəsarət almış Mənsurə Xocəstəni xilas edə bilməyiblər.
İran rəsmiləri hələlik açıqlama verməyiblər.
Qeyd edək ki, son hücumlar zamanı Xameneinin qızı, kürəkəni, gəlini və nəvəsi də öldürülüb.
Ali liderin özü də fevralın 28-də həlak olub.