ABŞ Dövlət Departamenti regionda gərginliyin artması səbəbindən Amerika vətəndaşlarını Yaxın Şərqin 10-dan çox ölkəsini təcili olaraq tərk etməyə çağırıb.
Xeberdar.net-in məlumatına görə, bu barədə ABŞ Dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar "X" sosial şəbəkəsində yazıb.
"ABŞ Dövlət katibi Marko Rubio və Dövlət Departamenti amerikalıları təhlükəsizliklə bağlı ciddi risklərlə əlaqədar mövcud olan istənilən kommersiya nəqliyyat vasitələrindən istifadə edərək aşağıda sadalanan ölkələri dərhal tərk etməyə çağırır", - o qeyd edib.
Siyahıda Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və Yəmən yer alıb.
Xeberdar.net