"İranın növbəti ali lideri seçiləcək şəxsi hədələyərək bildirib ki, bu şəxs “məhv ediləcək, hədəfimizdir”.
Bizimesr.com bildirir ki, bu barədə İsrailin müdafiə naziri "X" hesabında yazıb.
“İran terror rejimi tərəfindən İsraili məhv etmək, ABŞ-ı, azad dünyanı və region ölkələrini təhdid etmək və İran xalqını boğmaq planını davam etdirmək və ona rəhbərlik etmək üçün təyin edilən hər bir lider məhv edilməli hədəf olacaq”.
Bu açıqlama İranın Ekspertlər Məclisi ilə əlaqəli bir binanın İsrail tərəfindən hədəfə alınmasından sonra gəlib.