Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 192 PUA-nı vurub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri Belqorod, Bryansk, Voronej, Novqorod, Kursk, Kaluqa, Pskov, Rostov, Ryazan, Smolensk, Tula, Tver, Orel, Moskva vilayətləri, Krasnodar diyarı və Krım üzərində 192 Ukrayna PUA-sını zərərsizləşdirib.