Türkiyənin Van vilayətinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Xeberdar.net məlumat verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) xəbər yayıb.
Yerli vaxtla 08:52-də baş verən zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.
Yeraltı təkanın ətraf rayonlarda da hiss edildiyi vurğulanıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.