İndoneziya sahillərində zəlzələ olub

17 Bu gün, 18:43 dunya

İndoneziya sahillərində zəlzələ olub
















5,9 bal gücündə zəlzələnin episentri 49 kilometr dərinlikdə yerləşib

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Xeberdar.net məlumat verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 451.000 nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 kilometr şərqdə yerləşib. Episentr 49 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.