Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

11 Bu gün, 13:04 dunya

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib“Avstraliya İran və ABŞ arasında aparılan danışıqların nəticə verməməsindən məyusdur”

Avstraliya hökuməti ABŞ-ın Hörmüz boğazının blokadasına qoşulmağı düşünmür. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər və ticarət nazirinin müavini Mett Tisletveyt deyib.

O “Sky News”a bildirib ki, Avstraliya hökuməti "blokada qoşulmağı düşünmür".

Nazir deyib: "Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərinin aşağı salınmasının ən yaxşı yolu danışıqlarla həll yoludur".

O əlavə edib ki, “Avstraliya 11 apreldə İslamabadda İran və ABŞ arasında aparılan danışıqların nəticə verməməsindən məyusdur”.

Nazir izah edib ki, "bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı daimi olaraq açmağın, beynəlxalq iqtisadiyyatı bərpa etməyin, benzin tədarükünü bərpa etməyin və avstraliyalılar üçün qiymətləri aşağı salmağın ən yaxşı yoludur".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının blokadası ilə bağlı açıqlamalarına münasibət bildirən Avstraliyanın Baş naziri Entoni Albanese ABŞ-ın bu məsələdə təkbaşına hərəkət etdiyini bildirib: "Bizə heç bir sorğu daxil olmayıb. Biz Hörmüz boğazının blokadasında iştirak etməyə dəvət olunmamışıq və dəvət olunacağımızı da gözləmirəm".

XƏBƏR LENTİ