Ərəbistan İranla bağlı ABŞ-a təzyiq edir

12 Bu gün, 13:47 dunya

Ərəbistan İranla bağlı ABŞ-a təzyiq edirSəudiyyə Ərəbistanı Hörmüz boğazında yaranmış gərginlik fonunda ABŞ-dan blokadanın ləğvini və İranla danışıqlara qayıtmasını tələb edir.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ərəb rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə tərəfi hesab edir ki, bu addım bölgədə gərginliyin daha da artmasının qarşısını ala bilər.

Qeyd olunub ki, krallıq blokadanın İranla münaqişənin eskalasiyasına səbəb ola və digər mühüm dəniz marşrutlarının fəaliyyətini poza biləcəyindən ciddi narahatdır.

XƏBƏR LENTİ