İran Oman körfəzində ölkə sahilləri yaxınlığında “Tuska” ticarət gəmisinin ABŞ tərəfindən saxlanılmasını kəskin şəkildə qınayıb.
Bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda bildirilir ki, 20 aprel tarixində baş verən hadisə gəmi heyəti və onların ailələri arasında narahatlığa səbəb olub. İran tərəfi bunun BMT Nizamnaməsi və beynəlxalq hüquqa zidd olduğunu, həmçinin ABŞ və İran arasında əldə olunan atəşkəsin pozulması kimi qiymətləndirildiyini qeyd edib.
İran BMT Baş katibini, Təhlükəsizlik Şurasını və Beynəlxalq Dənizçilik Təşkilatını məsələyə müdaxilə etməyə və hadisəni qınamağa çağırıb.
XİN həmçinin gəminin, ekipajın və onların ailələrinin dərhal azad edilməsini tələb edib./Trend.az/