Neft bazarında artım."Azeri Light"in qiyməti 113 dolları keçdi

10 Bu gün, 11:40 iqtisadiyyat

Neft bazarında artım."Azeri Light"in qiyməti 113 dolları keçdiİtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF şərtləri üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,95 ABŞ dolları (1,74%) artaraq bir barel üçün 113,97 dollara yüksəlib.
Bu barədə neft bazarına yaxın mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında “Azeri Light” neftinin FOB şərtləri üzrə bir barelinin qiyməti 1,84 dollar (1,69%) bahalaşaraq 110,78 dollar təşkil edib.
Eyni zamanda, “URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,52 dollar (1,76%) artaraq bir barel üçün 87,81 dollara çatıb.
Şimal dənizindən hasil olunan “Dated Brent” markalı neftin qiyməti isə 0,62 dollar (0,56%) artım göstərərək bir barel üçün 111,56 dollar olub.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub./Trend/

XƏBƏR LENTİ