Ağdərədə mina hadisəsi: 1 nəfər xəsarət alıb

6 Bu gün, 16:27 hadise

Ağdərədə mina hadisəsi: 1 nəfər xəsarət alıbBu gün işğaldan azad olunmuş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin yaydığı məlumata görə, 1967-ci il təvəllüdlü, Xocalı rayonunun Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xətti ərazisində, minalardan tam təmizlənməmiş sahədə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qurumlar vətəndaşları bir daha təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına diqqətlə yanaşmağa, tanımadıqları ərazilərə daxil olmamağa və çəpərlənmiş sahələrə müdaxilə etməməyə çağırır.

XƏBƏR LENTİ