"Azeri Light" nefti ucuzlaşıb

47 28-04-2026, 10:58 iqtisadiyyat

"Azeri Light" nefti ucuzlaşıb















Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.
Belə ki, neftin bir barelinin dəyəri 0,12 ABŞ dolları (0,1%) ucuzlaşaraq 113,85 ABŞ dollarına enib. Əvvəlki qiymət isə 113,97 ABŞ dolları olub.
Xeberdar.net-in məlumatına görə, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində bu neft markasının bir barelinin orta qiyməti 65 ABŞ dolları olaraq götürülüb.

XƏBƏR LENTİ