Kişilərin həyat yoldaşlarını aldatmalarının ən vacib 10 səbəbi- qisas, diqqət, bezmək...

1 347 27-02-2018, 10:01 gundem

Kişilərin həyat yoldaşlarını aldatmalarının ən vacib 10 səbəbi- qisas, diqqət, bezmək...
Qadınların və kişilərin aldatma səbəbləri fərqlidir. “Kişi yataraq, qadın sevərək aldadır” deyimi də cinsi və hissi yolla aldatmanın mövcudluğuna işarə edir. Qadınlar cinsi baxımdan cəlbedici olan yönləri ilə kişiləri özlərinə daha çox cəlb edirlər. Hətta bəzi qadınlar da kişiləri bu yolla başdan çıxarıb cəmiyyətdə var olmağa çalışırlar. Əsl təhlükə də bu zaman başlayır. Kişinin aldatması ilə evlilik və münasibətləri arasında “sevgi, hörmət, etibar” kimi 3 əlaqə var. Bu əlaqələr fırtınalı dönəmlərdə zədələnə bilir. Əslində bütün kişilər aldatmanın yanlış olduğunu bilir.

Xeberdar.net Moderator.az istinad'n bu dəfə sizə psixoloq Mustafa Qılıncın kitabından kişilərin həyat yoldaşlarını aldatmalarının ən vacib 10 səbəbini təqdim edəcək.

Birinci səbəb: Həyat yoldaşına olan sevginin bitməsi.

Təəsüf ki, birlikdə keçən o qədər vaxtdan sonra ona olan hisslərinizi itirmisiniz. Amma münasibətləriniz hələ də həyatınızda vacib yer tutur. Ayrılıq çox acı və qeyri-mümkün görünür. Ayrılmaq əvəzinə, fiziki ehtiyaclarınızı başqa yerdə təmin edirsiniz. Bu, problemləri həll etmir, sadəcə qaçılmaz olan ayrılığı gecikdirir. Sevgi bitdiyi zaman insanlar daha rahat hərəkət edirlər.

İkinci səbəb: Həyat yoldaşının cazibəsini itirməsi.

Uzun sürən münasibətlərin insanlar tənbəlləşdirmək kimi bir xüsusiyyəti var. Formada olmaq və cazibədar görünmək kimi bir qayğısı olmadığı üçün qadın bir zamanlar sahib olduğu cəlbediciliyini itirir. Partnyoru artıq onu gözəl hesab etmir və onunla sevişmək bir zamanlar olduğu qədər həyəcan vermir. Bir çox sevgilinin gənc və gözəl qadınlardan olmasının səbəbi budur. Ona görə də hər zaman özünüzə baxın. Öz dəyərinizin fərqinə varın. Bunun həm özünüz, həm də həyat yoldaşınız üçün vacib olduğunu bilin.

Dördüncü səbəb: Həyat yoldaşının deyingən olması.

Hər bir kişi ona özünü pis hiss etdirən ən azı bir qadın tanıyır. Bitib-tükənməyən deyinmələr, dava və mübahisələr baş ağrısının ən əsas səbəbidir. Arvadını başqa qadınla aldatmaq bu cəhənnəmdən qurtulmağa geniş yayılmış formasıdır. Kişi rahatlığı və cinsi həyatı kənarda tapanda bu söz-söhbətlərə davam gətirə bilmir.

Beşinci səbəb: Fürsətin ayağına gəlməsi.

Kişilərin əksəriyyətinin seksə “yox” demədikləri bir həqiqətdir. Bəzən qarşılarına qarşı çıxa bilməyəcəkləri bir fürsət çıxır. Aktrisalıq edən keçmiş sevgili və ya rəqqasəliklə məşğul olan ehtiraslı bir qız. Bunu bir daha ələ düşməyəcək fürsət kimi dəyərləndirir və özlərinə “bu anı yaşa” deyirlər. Belə vaxtlarda kişilərin şifrəsi belə olur-tam vaxtı, tam yeridir.

Altıncı səbəb. Eqosunu və gücünü təsdiqləmək.

Uzun sürən münasibətlər zamanı bəzən kişilər cinsi baxımdan nə dərəcədə cəlbedici olduqlarını öyrənməyə çalışırlar. Bu da onları gizli şəkildə qurdlarını tökməyə tökməyə təhrik edə bilər. Oyun meydançasında uğur qazana bildiyini bir dəfə görəndən sonra həyat yoldaşına qayıda da bilər, qayıtmaya da. Kişilər buna özlərini və güclərini təqsdiqləmək oyunu kimi də baxa bilirlər.

Yeddinci səbəb: Qisas almaq.


“Gözlərin görmədiyini ürək hiss edə bilməz”-deyə köhnə bir deyim var. Köhnə də olsa, hələ də aktuallığını qoruyur. Heç kimin öyrənməyəcəyini və kədərlənməyəcəyini bilmək bəzi kişilər üçün yetərli səbəbdir. Amma diqqətli olun. Bu tip kişiləri ələ keçməmək üçün ciddi səy göstərirlər. Qız dostu deyinməyə davam edərkən fürsət qapısına gəlibsə, kişi nə edə bilər ki?

Səkkizinci səbəb: Həyəcan və diqqət axtarışı.

Əgər münasibətdə olduğunuz qadınlar sizin üçün “cinsi kuboklar” mənasını daşıyırsa, ən azı bir dəfə partnyorunuzu aldatmısınız. Bəzi kişilər ova çıxmaq həyəcanından, təqib və fəth etmə anlarını yaşamaqdan əl çəkə bilmirlər. Ona görə də daim axtarışda olub fərqli həyəcanlı yaşamaq üçün aldadırlar.

Doqquzuncu səbəb. Xəyanətin intiqamını almaq.

Həyat yoldaşınızın və ya partnyorunuzun sizi aldatdığını öyrənmisiniz. Qəzəbinizi yatırtmağın yeganə yolu eyni şeyi etməkdir. Bir çox kişi üçün köhnə sevgiliyə qayıtmağın yeganə yolu budur. Bəzən kişilər həyatları boyunca onları aldadan bir qadından intiqam almaq üçün aldadırlar.

Onuncu səbəb. Monotonluqdan bezmək.

Kişilər cinsi münasibətlər haqqında qadınlardan daha çox düşünürlər. Hər zaman hazır və daha aktiv vəziyyətdədirlər. Həyat yoldaşı ilə cinsi yaşamlarında olan monotonluq kişinin həyəcan və motivasiya axtarışını sürətləndirir. Evdəki monotonluqdan kənarda güc və nəzarət nümayişi kimi istifadə edir. Qadına “yox” deyə bilmir və başdan çıxarılır.

XƏBƏR LENTİ