Çağırışa gedən tibb işçiləri döyülüb – Təcili yardım maşınının şüşələri sındırılıb

702 8-06-2018, 10:32 cemiyyet

Çağırışa gedən tibb işçiləri döyülüb – Təcili yardım maşınının şüşələri sındırılıb
Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ