“Azərbaycan sanksiyalardan çox da zərər çəkməyəcək”-Əli Məsimli məhdudiyyətlərin İran üçün ağır olacağını deyir

“Azərbaycan sanksiyalardan çox da zərər çəkməyəcək”-Əli Məsimli məhdudiyyətlərin İran üçün ağır olacağını deyirAvqustun 7-də ABŞ İrana qarşı sanksiyaları bərpa etdi. Sanksiyalar İran hökumətinin dollar almasından tutmuş mədən sənayesinə, xalça satışına qədər sahələri əhatə edir.

ABŞ prezidenti Donald Tramp noyabr ayında sanksiyaların 2-ci və daha sərt paketinin tətbiq olunacağını açıqladı. Bu sanksiyaların əsas mahiyyəti İranla iqtisadi əməkdaşlı edən heç bir şirkətin ABŞ-la iqtisadi əməkdaşlıq qura bilməməsindədir . Sanksiyaların İran iqtisadiyyatın təsiri artıq hiss olunur. İnflyasiya, milli valyutanın devalvasiyaya uğraması, insanların narazılığı kimi simptomlar artıq müşahidə olunmaqdadır.

İrana tətbiq olunan sanksiyaların Azərbaycana iqtisadi təsiri olacaqmı?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli modern.az-a şərhində bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bir tərəfdən, Trampın həyat keçirdiyi və bir sıra nüanslarına görə qlobal iqtisadiyyat və maliyyə dunya sistemi üçün çox təhlükəli hesab olunan siyasətin və qobal ticarət müharibəsinin, digər tərəfdən isə İranda rejimin çökdürülməsi və dəyişdirulməsinə yönəldilmiş məlum siyasətin tərkib hissəsidir:

“Bu sanksiyalar mərhələli şəkildə tətbiq ediləcək və İranın həyati əhəmiyyət kəsb edən sahələrini əhatə edəcək. Birinci mərhələyə aid, o cümlədən polad, qızıl kimi strateji vacib metallarla bağlı sanksiya daha çox İranın istehlak bazarına və infrastrukturuna təsir edəcək. İranın ABŞ-la və bir sıra ölkələrlə ticarət əlaqələri zəifləyəcək, daha çox istifadə olunam mallar azalacaq”.

Əli Məsimli qeyd edib ki, bu ilin noyabrında başlayacaq sanksiyalar İran üçün həyati əhəmiyyət kəsb edən energetika və neft sektorunu əhatə edəcək:

“Bu sanksiyalar isə bötövlükdə İran iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər. Sanksiyalardan sonra İranda neft hasilatının da azalacağı ehtimal edilir. İranda neft hasilatı kəskin azalsa, bu, bir müddət neftin qiymətinə təsir göstərə bilər. Bu sanksiyalar maliyyə-bank sektoruna da ciddi zərbə vuracaq. Nəticədə İran iqtisadiyyatı zəfləyəcək, dollara nisbətdə İranın milli valyutası – rial dəyərdən düşməkdə davam edəcək. Beləliklə, ölkə daxilində narazılıq və sosial gərginlik artacaq. Bu isə öz növbsində təkcə İranda yox, onun yerləşdiyi regianda gərginliyi artıracaq. Buna əks təsir göstərməyə qadir yeganə faktor- İranda uzn illəri əhatə edən sanksiyalara münasibətdə immunitetin yaranması ola bilər ki, sanksiyaların təsirini bir qədər azaldar”.

Deputat ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsinin İranla əməkdaşlıq edən bir çox dövlətlərə bir qədər güclü və bir qədər zəif olmaq şərtilə mənfi təsir edəcəyini bildirib:

“Bu gərginlik təkcə region ölkələri ilə məhdudlaşmayacaq və daha geniş coğrafiyanı əhatə edəcək. Amma Azərbaycan bu məsələdə ən çox ziyan çəkən region ölkələri sırasında olmayacaq”.

“Azərbaycan sanksiyalardan çox da zərər çəkməyəcək”-Əli Məsimli məhdudiyyətlərin İran üçün ağır olacağını deyir

  • 12-08-2018, 11:06
  • 389


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  3. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  4. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  5. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  6. Hərbi Prokurorluq məlumat yayıb
  7. Sabahın hava proqnozu açıqlandı
  8. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  9. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
  10. Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI