Rusiya və Azərbaycan əməkdaşlıq haqqında yeni saziş hazırlayır –Mariya Zaxarova açıqladı

Rusiya və Azərbaycan əməkdaşlıq haqqında yeni saziş hazırlayır –Mariya Zaxarova açıqladı“Azərbaycan-Rusiya regionlararası əlaqələrinin mühüm elementlərindən biri Rusiya Federasiyasının subyektlərinin Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığıdır”.

“Report” xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Əməkdaşlıq Azərbaycan hökumətinin Rusiyanın regionları hökumətləri ilə razılaşmaları əsasında inkişaf edir. Hazırda 17 belə müqavilə var, bir neçə yenisi də hazırlanır”, – M.Zaxarova bildirib. Onun sözlərinə görə, Bakıda bir sıra Rusiya regionlarının nümayəndəliklərinin, ticarət evlərinin, biznes strukturlarının və regional aviaşirkətlərin nümayəndəliklərinin olması Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin effektivliyini göstərir.

“Öz növbəsində, azərbaycanlı iş adamları “Yessentuki” Sanatoriya-Kurort Mərkəzinin, eləcə də Krasnodar diyarında qida məhsulları istehsal edən zavodun tikintisinə sərmayə qoyublar. Hazırda Kabardin-Balkarda, Dağıstanda layihələr həyata keçirilir”, – XİN rəsmisi vurğulayıb. M.Zaxarova xatırladıb ki, hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumu yeni əməkdaşlıq layihələrinin hazırlanmasının müzakirəsi üçün platformadır: “İndi növbəti, sayca 9-cu belə forum hazırlanır”.

Rusiya və Azərbaycan əməkdaşlıq haqqında yeni saziş hazırlayır –Mariya Zaxarova açıqladı

  • 7-09-2018, 13:23
  • 391


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI