Daha bir YAP-çı deputatın oğlu ilə bağlı qalmaqallı xəbər yayıldı –Atası isə "orda olmuşuq, ancaq oğlum dalaşmayıb" deyir

Daha bir YAP-çı deputatın oğlu ilə bağlı qalmaqallı xəbər yayıldı –Atası isə "orda olmuşuq, ancaq oğlum dalaşmayıb" deyirLerikin deputatı İqbal Məmmədovun oğlu 31 dekabrda “Relax” istirahət mərkəzində dava salıb.

Xeberdar.net məlumat verir ki, bu barədə məlumatı AzToday.az saytı yayıb.

Sayt bildirib ki, hadisə şahidlərinin verdikləri məlumata görə, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə “Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. Deputatın oğlunun “butulka” ilə iranlının birinin başına zərbə endirdiyi, digərini isə möhkəmcə döydüyü idda olunur.

Deputat İqbal Məmmədov isə AzToday.az-a açıqlamasında məlumatı təkzib edib.

O bildirib ki, bayram günlərində özü də “Relax”da olub və məlumat həqiqətəuyğun deyil: “Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.

”Relax” Lənkəran-Lerik yolunun 33-cü km-də yerləşir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir.

İqbal Məmmədov 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.

2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, yenidən 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilib.

Xeberdar.net

Daha bir YAP-çı deputatın oğlu ilə bağlı qalmaqallı xəbər yayıldı –Atası isə "orda olmuşuq, ancaq oğlum dalaşmayıb" deyir

  • 8-01-2019, 10:45
  • 511


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI