BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu

746 22-11-2019, 12:55 cemiyyet / gundem

BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
İran İslam Respublikasında sosial vəziyyətlə bağlı baş verən etiraz aksiyaları bütün bölgələri əhatə etmişdir. Azərbaycanın Güneyində etiraz aksiyaları artıq milli hərəkata çevrilməkdədir. İran dövlətini ən çox qorxudan Azərbaycanın Güneyidir. İran dövləti digər bölgələrdən fərqli olaraq Azərbaycanın Güneyində olan etirazçılara qarşı daha sərt addımlar atır. Etirazçılara qarşı güllələrdən istifadə etməkdədir. Artıq xeyli sayda ölən və yaralananlar vardır. İran İslam Respublikası qapalı ölkə olduğundan və internetə qadağa qoyduğundan informasiya almaq çətinləşir. Təəssüf hissi ilə qeyd edək ki, Azərbaycanın efir məkanı İran İslam Cümhuriyyətində baş verənlər barədə demək olar ki, informasiyalar vermir, əksinə zülmə məruz qalan, əzilən soydaşlarımıza münasibətdə ümumi konteksdən yanaşaraq normal münasibət əks etdirmirlər. Efir məkanında çıxış edən analitiklər daha çox İran İslam Respublikasının mövqeyindən çıxış edərək Azərbaycanın Güneyinin problemləri üzərindən bilərəkdən keçirlər. Söhbət 40 milyona yaxın soydaşlarımızın malik olmalı hüquqlarından gedir.

Cənab Prezident!

Biz, Sizə bir qrup ziyalı olaraq müraciət edirik: Bir zamanlar Siz bəyan etdiniz ki, əlli milyonluq bir millətin Prezidentiyəm! Bu bəyanat Azərbaycanın Güneyində olan soydaşlarımıza qürur verdi. Onlar Sizi həm də Azərbaycanın Güneyinin Prezidenti kimi qəbul edirlər.

Bu gün bizim soydaşlarımızın qanı tökülür. Artıq Urmiya ətrafında kürd silahlıları çoxalmaqdadır. İran İslam Respublikasında bizim soydaşlarımızın etiraz aksiyalarını milli toqquşmaya çevirməyə cəhd edirlər.

Biz ziyalılar, Sizə üz tutaraq xahiş edirik ki, Azərbaycanın efir məkanında İranda gedən proseslər barədə informasiya almağa imkan yaradılması barədə müvafiq qurumlara göstəriş verəsiniz. Xahiş edirik ki, əlinizdə olan imkanlardan istifadə edərək soydaşlarımızın taleyinə biganə qalmayasıznız!

XƏBƏR LENTİ