“Maskadan istifadə etmirlər, məsafə saxlamırlar, nəticədə koronavirusa yoluxanların sayı artır”- Həkim-infeksionist

“Maskadan istifadə etmirlər, məsafə saxlamırlar, nəticədə koronavirusa yoluxanların sayı artır”- Həkim-infeksionist“Son vaxtlar karantin qaydalarının yumşaldılması insanlarda arxayınlıq yaratdı. Ona görə əhali kütləvi şəkildə küçələrə axışdı. Müəyyən obyektlər açılandan sonra insanların həmin yerlərdə sıxlığı müşahidə olundu”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.

O bildirib ki, son günlər koronavirusa yoluxmanın sayında artma müşahidə olunur: “İnsanlar çölə çıxarkən maskadan istifadə etmir, məsafə saxlamırlar, müəyyən gigiyenik qaydalara əməl olunmur. Bunların hamısı yoluxmaların sayının artmasına səbəb olur. İnsanlar zərurət olmadan evdən çıxmamalı, yəni, sosial izolyasiya qaydalarına əməl olunmalıdır. İkincisi, çölə çıxarkən mütləq maska taxılmalı, əhalinin sıx olduğu yerlərə getməkdən çəkinilməlidir. Bu infeksiya hava-damcı yolu ilə yayıldığına görə əhalinin daha sıx olduğu yerlərdə yoluxma riski daha çoxdur. Əhali mütləq maskadan istifadə etməlidir. Yaxşı olar ki, N95 maskalardan istifadə edilsin, gigiyena qaydalarına riayət olunsun”.

Həkimin sözlərinə görə, karantin rejiminin nisbətən yumşaldılması virusa yoluxanların sayının artmasına səbəb olub: “Karantin rejiminin sərtləşdirilməsi növbəti günlərin yoluxma sayından asılı olacaq. Əgər yoluxma sayı artarsa, qaydalar nisbətən sərtləşdirilməlidir. Çünki qaydaların nisbətən yumşaldılması yoluxma sayının getdikcə artmasına səbəb oldu. Əvvəlki günlərdə yoluxma sayı 20-25-ə düşmüşdü, amma dünən 76 nəfərdə yoluxma müşahidə olunub. Yoluxma sayı növbəti günlərdə artarsa, qaydaların sərtləşdirilməsinə yol vermək olar. Növbəti mərhələdə isə yoluxmanın qarşısının alınması üçün karantin rejiminin daha da yumşaldılması təxirə salına bilər”.

“Maskadan istifadə etmirlər, məsafə saxlamırlar, nəticədə koronavirusa yoluxanların sayı artır”- Həkim-infeksionist

  • 6-05-2020, 14:43
  • 351


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI